Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 158 nömrəli körpələr evi-uşaq bağçasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirildi

02 may 2023 | 12:27

2 may 2023-cü il tarixində Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 7/b ünvanında yerləşən 158 nömrəli körpələr evi-uşaq bağçasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə   tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının əməkdaşı Cəmilə Məmmədova iştirak etdilər.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.

Tədbiri giriş sözü ilə açan 158 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Rəfiyyə Əsədova qonaqları salamlayaraq qeyd etdi ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir.

Tədbirdə çıxış edənlər İlqar Pənahov və Cəmilə Məmmədova qeyd etdilər ki, müstəqil Azərbaycan dövləti memarı və qurucusu dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin xalqımıza ən böyük töhfəsidir. Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanı qoruyub yaşatmaq hər bir ölkə vətəndaşının borcudur. Müstəqil və azad xalq kimi yaşamağımız isə ən böyük qürurverici amildir. Heydər Əliyevin dövlətçilik ideyaları, yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır. Bu isə bir daha təsdiqləyir ki, Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir. Bu gün çox sevindirici haldır ki, Ümummilli Liderimizin ideyaları yaşayır, onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan günbəgün tərəqqi edir, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilir. Müstəqillik, həqiqətən də, xalqımızın böyük tarixi nailiyyətidir. Bizim isə əsas vəzifəmiz bu müstəqilliyi qoruyub saxlamaq və onu daha da möhkəmləndirməkdir. Natiqlər ölkə başçısı cənab İlham Əliyev və Birinci  vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uşaqlara daim xususi diqqət   və qayğının olduğunu bildirdilər.  Respublikamızda  uşaqların rahat və firavan ölkənin vətəndaşları kimi böyüdüyünü, müstəqil ölkəmizin gələcəyinin məhz körpələr olacağını söylədilər.

Sonra bədii hissə üçün söz 158 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanlarına verildi. Uşaqların ifasında müxtəfil səhnəcik, rəqs, mahnı  nümünələri ilə tədbir davam etdirildi.

Tədbirin sonunda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkildi.

Keçidlər