Binəqədi rayonu 179 №-li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda tədbir keçirildi
24 aprel 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı Q.Baxşıyev adına 179 №-li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda tədbir keçirildi.
Tədbirdə çıxış edənlər cəmiyyətdə hər bir şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurunda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədilər və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdilər.









