Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 182 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi

30 noyabr 2025 | 15:39

28 noyabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi qəsəbəsi, G.Ramazanov 84 ünvanında yerləşən 182 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.

Tədbirdə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Əhməd Məlikov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim Resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva, Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşları, 182 nömrəli tam orta məktəbin direktor əvəzi Münəvvər Əliyeva,  məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.  

Azərbaycan Respublikasının Dövlət Himninin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 182 nömrəli tam orta məktəbin direktor əvəzi Münəvvər Əliyeva qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü  bildirdi.     

Tədbirdə çıxış edən Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Əhməd Məlikov, gənclərimizi və uşaqlarımızı narkomanlığın necə bir bəla olduğunu, bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini qeyd edərək, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı.

Növbəti çıxış edən Binəqədi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim Resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışaraq, narkotik maddələrin insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olmasına səbəb olduğunu vurğuladı.    

Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin mütəmadi keçirildiyini, cəmiyyətdə hər bir  şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurunda həkk olunan öyüd-nəsihətin,  ailə mühitinin  və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd etdi.

Tədbir şagırdləri maraqlandıran sualları təşkilatçılar tərəfindən ətraflı cavablandlrmaqla müzakirə formatında davam etdi.

Keçidlər