Binəqədi rayonu 205 №li tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Yaşıl dünya naminə həmrəy olaq!" adlı tədbir keçirildi
24 may 2024-cü il tarixində R.İmanov adına 205 №li tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Yaşıl dünya naminə həmrəy olaq!" adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin baş məsləhətçisi Leyla Quliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının məsləhətçisi Rahil Şükürov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Altun Rəcəbli, məktəbin direktoru Xoşqədəm Məmmədova, direktor həmkarları, məktəbin müəllim, şagird kollektivi və valideynlər iştirak etdilər.
Tədbirin ilk hissəsində qonaqlar şagirdlərin tullantılardan hazırladıqları əl işlərindən ibarət guşə ilə-gül qablarına, geyimlərə, müxtəlif əşyalara və təbiət mövzularına həsr olunmuş rəsm əsərlərinə baxış keçirdilər.
Sonra şagirdlərin hazırladıqları kiçik ixtiralarla-yağış sularından səmərəli istifadə edilməsi üçün maket, ağıllı ev maketi, yer kürəsinin maketi ilə tanış oldular və şagirdlərin təqdimatlarını dinlədilər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Məktəbin direktoru Xoşqədəm Məmmədova qonaqları salamlayaraq tədbir haqqında ətraflı məlumat verdi.
Binəqədi Rayon İcra başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Altun Rəcəbli çıxış edərək bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin bu istiqamətdə apardığı işlərə daha güclü təkan verəcəkdir. Bütün respublikamızın ərazisində olduğu kimi Binəqədi rayonunda da ətraf mühitin mühafizəsi, yaşıllıqların salınması prosesi davamlı şəkildə aparılır. Təhsil müəssisələrində də bu sahədə silsilə tədbirlər həyata keçirilir. Böyüməkdə olan gənc nəslin maariflənməsi məqsədilə təşkil olunan bu tədbir ekoloji mədəniyyət və ətraf mühitin qorunması üçün bir töhvədir.
Tədbirdə şagirdlər “Yaşıl dünya naminə həmrəy olaq!" adlı ədəbi-bədii kompozisiya, şeir və rəqs nömrələri təqdim etdilər.
Tədbirin sonunda məktəblilərlə xatirə fotosu çəkildi.