Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 205 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi

05 noyabr 2024 | 12:25

01 noyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 205 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir  keçirildi.

Tədbirdə Rayon Polis İdarəsinin rəisi-polis polkovniki İlqar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti  başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov,  Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi-polis mayoru İsa Həbibzadə, Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin rəisi-polis mayoru Əhməd Məlikov, İdarənin Narkotiklərlə mübarizə bölməsinin rəisi-polis baş leytenantı Fərrux Həsənov, İdarənin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi- polis kapitanı Orxan Məmmədli, 205 nömrəli tam orta məktəbin direktoru Xoşqədəm Bağırova, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. 

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 205 nömrəli tam orta məktəbin direktoru Xoşqədəm Bağırova qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edənlər-Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd etdilər ki, ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu nümayiş etdirir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır. Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir.

Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi-polis mayoru İsa Həbibzadə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək  görülən işlər haqqında ətraflı məlumat verdi.

Tədbir şagirdləri maraqlandıran suallar ətrafında müzakirə formatında davam etdi.

Sonda  məktəblilər maarifləndirici mövzuda videoçarx izlədilər.

Keçidlər