Binəqədi rayonu 210 saylı körpələr evi-uşaq bağçasının müdiri Həmidə Əliyeva rayonun ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibətilə Binəqədi RİH başçısının Fəxri Fərmanı ilə təltif edildi
21 aprel 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən 210 saylı körpələr evi-uşaq bağçasının müdiri Həmidə İbrahim qızı Əliyeva rayonun ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Həmidə xanımı təbrik edərək ona gələcəyimiz olan körpələrimizin təlim-tərbiyə işində uğurlar arzu etdi.
Həmidə Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən genişmiqyaslı işlərə, gələcəyimiz olan körpələrin sağlam və xoşbəxt böyümələri üçün göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.