Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin direktoru Yəhya Müseyib oğlu Abbasov rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibətilə Binəqədi RİH başçısının Fəxri Fərmanı ilə təltif edildi

21 may 2024 | 09:36

20 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən Əsəd Ələskərov adına 244 nömrəli tam orta məktəbin direktoru Yəhya Müseyib oğlu Abbasov rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Yəhya müəllimi təbrik edərək ona məsuliyyətli işində uğurlar arzu etdi.

Yəhya Abbasov “Təhsil millətin gələcəyidir!” deyən ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirərək elm və təhsilin inkişafına, respublikamızda təhsil sahəsində həyata keçirilən genişmiqyaslı işlərə, gələcəyimiz olan gənclərin sağlam, vətənpərvər ruhlu böyümələri üçün göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.  

Keçidlər