Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 246 nömrəli məktəb-liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi

05 may 2023 | 12:59

5 may 2023-cü il tarixində Binəqədi rayonu 246 nömrəli məktəb-liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov, 246 nömrəli məktəb-liseyməktəb-liseyin direktoru Elmar Həşimov və 246 nömrəli məktəb-liseyin şagird müəllim heyəti iştirak etdi.

Tədbirdən öncə sərgiyə baxış keçirildi və ümummilli lider Heydər Əliyev haqqında film nümayiş edildi.

Daha sonra Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş nitqi ilə açan 246 nömrəli məktəb-liseyin direktoru Elmar Həşimov qonaqları salamladı Ümumilli Lider Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində müstəsna xidmətləri barədə ətraflı qeyd etdi.

Çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdə - 1969 – 1982 - ci illər ərzində respublikamız SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Bu isə isə ulu öndərin gördüyü strateji tədbirlərin və islahatların nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi aqrar sahədə ciddi islahatlar aparmışdır ki, bunun nəticəsində isə resurslardan məqsədyönlü və səmərəli istifadə təmin olunub, gələcək inkişaf üçün möhkəm baza yaradılmışdır. Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yerə sahib olub.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov bildirdi ki, bu gün nəinki Azərbaycan xalqının, eləcə də dünyanın ən görkəmli siyasətçisi, dövlət xadimi Heydər Əliyevin doğum gününə həsr edilən bir tədbirə toplaşmışıq. Ulu Öndər haqqında neçə illər, əsrlər keçsə də, bu böyük şəxsiyyət haqqında çoxsaylı kitablar yazılacaq. Lakin onun haqqında ən böyük əsər məhz Müstəqil Azərbaycan Respublikasıdır. Ulu Öndər Heydər Əliyev öz biliyi, düşüncə qabiliyyəti, qətiyyəti, güclü iradəsi, təmkini ilə hər birimizə nümunə və əbədiyaşar  bir liderdir.

Tədbir bədii hissə ilə başa çatdı.

Keçidlər