Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 248 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi

02 iyun 2025 | 12:38

29 may 2025-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə N.Nərimanov adına 248 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsa Həbibzadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi İlqar Pənahov, Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Mürvələtov, Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, polis mayoru Kamil Məmmədov, Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli, 248 № li tam orta məktəbin direktoru Xəyyam Fərəcov, müəllimlər və şagirdlər iştirak etdilər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xəyyam Fərəcov qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edənlər-Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd etdilər ki, ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu nümayiş etdirir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır. Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir.

Sonda çıxış edən Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli məktəblilərə gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verdi. 

Tədbir şagirdləri maraqlandıran suallara təşkilatçılar tərəfindən ətraflı cavablandlrmaqla müzakirə formatında davam etdi.

Keçidlər