Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 267 saylı məktəb-liseydə “Yeniyetmələr arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi

11 iyun 2024 | 11:37

06 iyun 2024-cü il tarixində Elşad Həmidov adına 267 № li məktəb-liseydə “Yeniyetmələr arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin aparıcı məsləhətçisi Leyla Quliyeva, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandirova, məktəbin direktoru Rəna Ağazadə, şagirdlər və valideynlər iştirak etdilər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Elşad Həmidov adına 267 № li məktəb-liseyin direktoru Rəna Ağazadə tədbir iştirakçılarını salamlayaraq, buraxılış imtahanlarının modeli, məzmunu və düzgün peşə seçiminin insan həyatındakı rolundan danışdı.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova rayonda peşə məktəbi-orta məktəb əlaqələrinin təkmilləşdirilməsindən söhbət açaraq bildirdi ki, ölkəmizdə təhsil sahəsində peşə təhsilinin rolunun və statusunun artırılması mühüm yer tutur. Keyfiyyətli peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir və onun mütəxəssis kimi formalaşmasına təkan verir. Bununla əlaqədar dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinə yerli və beynəlxalq əmək bazarında dəyişikliklərə sürətlə reaksiya vermək imkanı yaradır.

Görüş zamanı tədbir iştirakçılarına peşə təhsilinə marağın artırılması, peşə təhsilinə şagirdlərin cəlb edilməsi ilə bağlı İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri tərəfindən məlumat və maarifləndirmə xarakterli təqdimat edildi.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər