Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 276 № li tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun–“Milli Qurtuluş Günü”nə həsr olunmuş “Elimin dayağı,yurdumun fəxri” adlı yaradıcılıq müsabiqəsi laureatlarının yekun konserti keçirildi

12 iyun 2025 | 09:10

11 iyun 2025-ci il tarixində 276 № li tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun–“Milli Qurtuluş Günü”nə həsr olunmuş “Elimin dayağı,yurdumun fəxri” adlı  yaradıcılıq müsabiqəsi laureatlarının yekun konserti keçirildi.

Tədbir iştirakçıları öncə 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc rəssamlarının əl işlərindən ibarət rəsm əsərləri və kitab sərgisi ilə tanış oldular.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

276 № li tam orta məktəbin direktoru Bəhram Şiriyev tədbir iştirakçılarını salamlayaraq 15 İyun–“Milli Qurtuluş Günü” münasibətilə təbrik etdi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Filologiya elmləri doktoru, professor Hüseyn Əsgərov  çıxış edərək bildirdilər ki, Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, - deyən Ulu Öndərin həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strateqiyasının bəhrəsidir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyevin siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan daim yaşayacaqdır.

Tədbirdə müsabiqə laureatlarının ifasında şeirlər, kompozisiyalar, mahnılar səsləndi, rəngarəng rəqslər nümayiş olundu.

Sonda müsabiqənin laureatları diplomlarla təltif olundu.

Keçidlər