Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfransın rayon turu tədbiri keçirilmişdir.
8 Aprel 2022-ci il tarixində Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfransın rayon turu tədbiri keçirilmişdir.
Tədbir dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət himninin səslənməsindən sonra açıq elan olundu.
Tədbiri açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov rayon ərazisindəki 32 tam orta ümumtəhsil məktəbi tərəfindən 5 mövzuda 103 yazı işinin müsabiqəyə təqdim olunması, yekun mərhələyə 8 yazı işinin seçilməsi və müsabiqənin şərtləri haqqında auditoriyaya məlumat verdi.
Çıxış edən 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev qonaqları salamladı və konfransın işinə uğurlar arzu etdi.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov müsabiqənin bundan sonrakı mərhələləri, qiymətləndirmə meyarları və layihə haqqında ətraflı məlumat verdi. Müsabiqənin gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük rolu olmasını vurğulayaraq, məktəblilərə uğurlar arzu etdi. Bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyəti bundan sonra da şagirdlər və gənclər arasında vətənpərvərliyin, doğma yurda sevginin, dövlətə sədaqətin təbliği istiqamətində olan layihələrin keçirilməsinə davam edəcək.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov ulu öndər Heydər Əliyevin dövlət quruculuğu və siyasi fəaliyyəti barədə ətraflı məlumat verərək keçdiyi şərəfli və mənalı həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi dövrdə gördüyü işlərin əhəmiyyətindən danışdı. Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevi hər zaman böyük ehtiramla yad edir, onun əziz xatirəsini daim uca tutur. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan əbədi müstəqilliyə qovuşmuşdur.
Vətən Müharibəsi iştirakçısı Əziz Əzizov keçdiyi döyüş yolundan və şahidi olduğu qəhrəmanlıqlar haqqında danışdı.
Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, milli həmrəylik və qəhrəmanlıq hisslərin aşılanması, onlarda vətənpərvərlik ruhunun yüksəlməsi, Azərbaycanın tarixi qələbəsinin təbliğ edilməsi, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır. Bu günümüzə nəzər saldıqda bir daha əmin oluruq ki, Heydər Əliyev dühasının xalqımızın qarşısındakı xidmətləri, vətənimiz yolunda etdiyi fədakarlıqlar, atdığı addımlar hər bir vətəndaşımızın qəlbində daim yaşayacaqdır. Çıxışının sonunda Sevinc Süleymanova məktəblilər arasında Ulu Öndər irsinin və Azərbaycan tarixinin təbliği və istedadlı gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri üçün edilən təşəbbüsə görə Bakı Şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirdi və növbəti mərhələdə şagirdlərə müvəffəqiyyətlər arzu etdi.
Daha sonra 2-ci mərhələyə vəsiqə qazanan şagirdlər- Q.Abbasov adına 284 saylı tam orta məktəbin VIII sinif şagirdi Sevinc Vüqar qızı Məmmədova (mövzu: “Atropatena dövləti-Atropat”), İ.Məmmədov adına 298 saylı tam orta məktəbin X sinif şagirdi Rauf Ramin oğlu Cəbrayılov (mövzu: Qarabağ xanlığı), 182 saylı tam orta məktəbin IX sinif şagirdi Pərvin Vüqar oğlu Mirzəzadə (mövzu: Azərbaycan mədəniyyəti XIX əsrin II yarısı XX əsrin əvvəllərində), 276 saylı tam orta məktəbin IX sinif şagirdi Maral Raqif qızı Əlizadə (mövzu: Heydər Əliyev və Azərbaycan tarixi), H. Hüseynov adına 83 saylı məktəb-liseyin IX sinif şagirdi Bahar Şahin qızı Abbasova (mövzu: 27 Sentyabr-“Anım günü”- Qəhrəmanlar unudulmur), R.Əliyev adına 3 saylı tam orta məktəbin IX sinif şagirdi Leyla Fikrət qızı Məlikova (mövzu: 27 Sentyabr-“Anım günü”- Qəhrəmanlar unudulmur), 313 saylı tam orta məktəbin X sinif şagirdi Zəhra Naib qızı Abdurahmanlı (mövzu: Qarabağ zəfəri və onun tarixi əhəmiyyəti), Vətən Müharibəsi Qəhrəmanı şəhid Pokovnik–leytenant Anar Şükürovun oğlu Ümid Anar oğlu Şükürlü, (mövzu: 27 Sentyabr-“Anım günü”- Qəhrəmanlar unudulmur.) təqdimatları ilə çıxış etdilər. Müsabiqədə fərqlənən iştirakçılar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.