Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 283 nömrəli tam orta məktəbdə Bakı Uşaq və Gənclər Teatrının real hadisələr əsasında səhnələşdirdiyi “Həyatla oyun” adlı maarifləndirici teatr tamaşasının canlı ifada nümayişi keçirilmişdir.

01 aprel 2022 | 14:30

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov, Binəqədi rayon prokurorunun böyük köməkçisi Aqil İsgəndərli, Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Nurlan Axundzadə, Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Sahil Hüseynzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova, Bakı Uşaq və Gənclər Teatrın və 283 nömrəli tam orta məktəbin kollektivləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə 283 nömrəli tam orta məktəbin direktoru Sevinc Musayeva iştirakçıları salamlayaraq tədbir iştirakçılarını auditoriyaya təqdim edib, tədbirin mövzusu ilə bağlı iştirakçıları məlumatlandırmışdır.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağıraraq problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildirdi. Həmçinin bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu xüsusilə vurğuladı.

Sonra Bakı Uşaq və Gənclər Teatrının real hadisələr əsasında səhnələşdirdiyi “Həyatla oyun” adlı maarifləndirici teatr tamaşası canlı ifada nümayiş olundu.

Tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən tədbirə dair hazırlanmış zəruri təbliğat materialları paylanıldı və tədbir iştirakçılarını maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandlrmaqla müzakirə formatında davam edildi.

Keçidlər