Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 283 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əbədi Ömrün 100 ili” adlı tədbir keçirildi

11 may 2023 | 13:18

Binəqədi rayonu 283 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əbədi Ömrün 100 ili” adlı tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, şəhid ailələrinin üzvləri, rayonda yerləşən orta  ümumtəhsil məktəblərinin rəhbərləri, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

Qonaqlar öncə məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış oldular.

Tədbir  ümummilli lider Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Tədbirdə  müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən  film nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan 283 nömrəli tam orta məktəbin direktoru Sevinc Musayeva qonaqları salamlayaraq Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan söhbət açdı.

Çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından, bütün fəaliyyəti boyu ölkəmizin çiçəklənməsi və qüdrətlənməsi yolunda gördüyü misilsiz xidmətlərindən, respublikamızın təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı qorunması, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması naminə göstərdiyi fədakarlıq nümunələrindən geniş bəhs etdi. Natiq qeyd etdi ki, ölkəmizin bütün sahələrində əldə olunan uğurların təməlini təşkil edən Ulu Öndər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə, uğurla və peşəkarlıqla davam etdirilir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan Ümummilli lider kimi əbədilik qazanıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək  vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin xalqın birliyi yolunda göstərdiyi fəaliyyəti hər bir soydaşımız üçün örnəkdir. "Azərbaycan mənim ürəyimdir, nəfəsimdir”—deyən Ulu Öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir. Ulu Öndər hər zaman xalqa arxalanır və deyirdi: "Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu vətənini və millətini düşünmüş Ümummilli liderimizin ideyaları daim yaşayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ulu Öndərin həyat və fəaliyyəti bizim üçün güc mənbəyidir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Ümummilli liderimizin izi olmasın. Bugünkü Azərbaycanın sürətli inkişafının təməl daşları da məhz Ümummilli lider Heydər Əliyevin qüdrətli əlləri ilə hörülüb.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova qeyd etdi ki,   Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın inkişafı  Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev inkişafın Azərbaycan modelini yaradıb. Bu model beynəlxalq aləmdə böyük maraq doğurur və əksər ölkələr üçün örnəyə çevrilir.

Tədbirdə çıxış edən Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu vurğulayaraq qeyd etdi ki, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Onun ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi tariximizin yaddaşına həkk olunub. 

Tədbirdə şagirdlərin ifasında biri-birindən gözəl kompazisiyalar, musiqi nömrələri nümayiş etdirildi.

Keçidlər