Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 284 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi

27 may 2024 | 14:52

23 may 2024-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Biləcəri qəsəbəsində yerləşən 284 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir  keçirildi.

Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov,  Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsa Həbibzadə, Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədov, İdarənin Narkotiklərlə mübarizə bölməsinin rəisi, polis baş leytenantı Fərrux Həsənov, Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli, polis leytenantı Lalə Əliyeva, 284 nömrəli tam orta məktəbin direktoru Xalid Abdulhüseynov, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 284 № li tam orta məktəbin direktoru Xalid Abdulhüseynov qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü  bildirdi.

Tədbirdə çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova gənclərimizi və uşaqlarımızı narkomanlığın necə bir bəla olduğunu, bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini qeyd edərək, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə söhbət açaraq, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı.

Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işləri üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva həyata keçirilən maarifləndirmə tədbirləri haqqında məlumat verdi.  

Tədbir çərçivəsində mövzuya dair Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış videoçarx nümayiş edildi, şagırdləri maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandlrmaqla müzakirə formatında davam etdi.

Keçidlər