Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 297 № li tam orta məktəbin 60 illik yubileyi munasibətilə “Məktəbimiz- 60 ilin işığında“ adli tədbir keçirildi

10 noyabr 2025 | 09:59

01 noyabr 2025-ci il tarixində E.Əliyev adina 297 № li tam orta məktəbin 60 illik yubileyi münasibətilə "Məktəbimiz- 60 ilin işığında" adlı tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Suleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Nicat Allahverdiyev, şöbənin əməkdaşı Leyla Quliyeva, Yeni Azərbaycan Partiyasi Binəqədi rayon təşkilatının nümayəndələri Aman Quliyev, Nihat Əlizadə, təhsil eksperti Məzahir Məmmədli, şəhid ailələri, qazilər, məktəbin pedaqoji kollektivi, veteran müəllimlər, məzunlar və şagirdlər iştirak etdilər.

Məktəbin direktoru Cavid Abaszadə tədbir iştirakçılarını salamlayaraq məktəbin 60 illik fəaliyyəti dövrundə əldə etdiyi uğurlar, təhsil sahəsində qazandığı nailiyyətlər və gələcək hədəflər haqqında danışdı.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Suleymanova, təhsil eksperti Məzahir Məmmədli çıxış edərək 60 illik yubiley münasibətilə kollektiv üzvlərini, məzunları təbrik edərək, müəllim və şagird kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.

Tədbir tanınmış müğənnilərin ifasında gözəl mahnıların ifası ilə davam etdi.

Tədbirin sonunda bir sıra müəllim və şagirdlər təşəkkürnümə və hədiyyələr ilə təltif olundular.

Keçidlər