Binəqədi rayonu 297 saylı körpələr evi-uşaq bağçasının müdiri Afət Qəşəm qızı Kərimova rayonun ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə Binəqədi RİH başçısının Fəxri Fərmanı ilə təltif edildi
17 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən 297 saylı körpələr evi-uşaq bağçasının müdiri Afət Qəşəm qızı Kərimova rayonun ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Afət xanımı təbrik edərək ona gələcəyimiz olan körpələrimizin təlim-tərbiyə işində uğurlar arzu etdi.
Afət Kərimova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən genişmiqyaslı işlərə, gələcəyimiz olan körpələrin sağlam və xoşbəxt böyümələri üçün göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.