Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 298 nömrəli tam orta məktəbdə “Erkən nikahların səbəbləri və fəsadları” mövzusunda tədbir keçirildi

02 iyun 2023 | 11:59

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.06.2020-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 02 iyun 2023-cü il tarixində Bakı şəhəri İ.Məmmədov adına 298 saylı tam orta məktəbdə “Erkən nikahların səbəbləri və fəsadları” mövzusunda tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Orxan Əliyev,  Binəqədi rayon qeydiyyat şöbəsinin rəisi Tahirə Əsgərova, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin YYÇPİTB-nin inspektoru Səyyarə Lətifova və Bakı şəhəri 9 saylı qadın məsləhətxanasının həkimi Tacə Səmədova mütəxəssis kimi 8-11-ci sinif şagirdlərinə erkən nikahın səbəbləri və fəsadları ilə bağlı geniş məlumatlar verdilər.

Natiqlər öz çıxışlarında şagirdlərə dünyada və ölkəmizdə erkən nikah hallarının baş verməsi ilə bağlı statistik məlumatları çatdırdı, erkən nikahın daha çox hansı səbəblərdən baş verməsini, habelə 18 yaşına çatmamış şəxslərin nikaha daxil olacaqları halda hansı tibbi, hüquqi, psixoloji, sosial-iqtisadi və digər problemlərlə qarşılaşacaqlarını izah etdilər.

Tədbirin sonunda şagirdlərə erkən nikah hallarına yol verilməsinin fəsadları ilə bağlı video görüntü nümayiş olundu, mövzu ilə bağlı onları maraqlandıran suallar cavablandırıldı və tədbir diskussiya şəkilində davam etdirildi.

Keçidlər