Binəqədi rayonu 299 № li məktəb-liseyin direktoru Solmaz Həsən qızı Kazımova rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibətilə Binəqədi RİH başçısının Fəxri Fərmanı ilə təltif edildi
02 sentyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən R.Pirnəzərov adına 299 № li məktəb-liseyin direktoru Solmaz Həsən qızı Kazımova rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova Solmaz xanımı kollektiv adından təbrik edərək ona məsuliyyətli işində uğurlar arzu etdi.
Solmaz Kazımova “Təhsil millətin gələcəyidir!” deyən ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursu uğurla davam etdirərək elm və təhsilin inkişafına, ölkəmizdə təhsil sahəsində həyata keçirilən genişmiqyaslı islahatlara, eləcə də gələcəyimiz olan gənc nəslin sağlam, savadlı və vətənpərvər ruhda yetişdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.









