Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 299 saylı məktəb-liseydə “Erkən nigahların qarşısının alınması sahəsində maarifləndirmə” mövzusunda tədbir keçirildi

12 iyun 2024 | 16:13

10 iyun 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə R.Pirnəzərov adına 299 № li  məktəb-liseydə “Erkən nigahların qarşısının alınması sahəsində maarifləndirmə” mövzusunda tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi-polis mayoru İsa Həbibzadə, Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi-polis kapitanı Orxan Məmmədli, Rayon Ağbirçəklər Şurasının sədri Almaz Hacıyeva, “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyinin sədri Tünzalə Cavadova, R.Pirnəzərov adına 299 № li məktəb-liseyin direktoru Solmaz Kazımova, məktəbin pedoqoji heyəti və şagirdlər iştirak etdilər.   

Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

R.Pirnəzərov adına  299№ liməktəb-liseyin direktoru Solmaz Kazımova qonaqları salamlayaraq tədbirin mahiyyəti barədə məlumat verdi.

Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək billdirdi ki, erkən nikah gələcək nəsillərin həyatını və sağlamlığını təhlükə altına atmaqla yanaşı, həmçinin böyük risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur.  Eyni zamanda, Azərbaycanda erkən nikahların qarşısının alınması üçün mövcud qanunlar təkmilləşdirilib.  

Daha sonra çıxış edənlər - Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi-polis mayoru İsa Həbibzadə və Rayon Ağbirçəklər Şurasının sədri Almaz Hacıyeva gənclər arasında ailə dəyərlərinin vacibliyini və erkən nikahla bağlı maarifləndirmənin əhəmiyyətini vurğuladılar.  Gənclər arasında nikah və qohumlar arasında nikahın mənfi nəticələrinin aktual ailə problemlərindən olduğunu və bu sahədə maariflənmənin vacibliyini diqqətə çatdırdılar.

“Qadın və Gənc Ailələrin sosial İnkişafı” İctimai Birliyinin sədri Tünzalə Cavadova iştirak edən gənclərə erkən nikahın fəsadları haqqında  geniş məlumat verərək bildirdi ki, erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir: həmin hallarla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaradır. Bütün bunlar həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

Tədbir şagirdlərlə aktiv şəkildə disskusiya formatında davam etdi.

Keçidlər