Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 3 № li tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Yaşıl Dünya Naminə Həmrəy olaq!” adlı tədbir həyata keçirildi

21 may 2024 | 10:58

Binəqədi rayonu R.Əliyev adına 3 № li tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Yaşıl Dünya Naminə Həmrəy olaq!” adlı tədbir həyata keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov, 11 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsin şöbə müdiri Rafiq Ədilov, “Ekoloji Maarifləndirmə” ictimai birliyinin sədri Qəmzə Yusubova, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" ictimai birliyinin sədri Mehriban Abdullayeva, 3 № li tam orta məktəbin direktoru Almaz Həsrət, məktəbin müəllim, şagird kollektivi və valideynlər iştirak etdilər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Məktəbin direktoru Almaz Həsrət qonaqları salamlayaraq məktəblərdə ekoloji tərbiyənin vacibliyindən danışdı və tədbir haqqında ətraflı məlumat verdi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək, dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirindən, ekoloji mədəniyyətdən söhbət açaraq, bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmiz üçün böyük əhəmiyyətindən və ilk dəfə olaraq COP29 möhtəbər qlobal tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisi olduğunu vurğuladı.

Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov, 11 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsin şöbə müdiri Rafiq Ədilov, “Ekoloji Maarifləndirmə” ictimai birliyinin sədri Qəmzə Yusubova, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" ictimai birliyinin sədri Mehriban Abdullayeva çıxış edərək “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçiriləcək tədbirlərdə bütün təşkilatların, habelə ictimaiyyətin hər bir üzvünün fəal iştirakının zəruriliyini önə çəkərək, bu sahədə hamılıqla həmrəylik nümayiş etdirməyin vacibliyini vurğuladılar.

Şagirdlərin maraqlı çıxışlarında, ifa və rəqslərində, səhnəciklərdə, təbiətə sevgi və qayğının, onu qorumaq naminə həmrəy olmağın vacibliyi möhtəşəm şəkildə təqdim olundu və sonda xatirə fotosu çəkildi.

Keçidlər