Binəqədi rayonu 3 №-li tam orta məktəbində "Narkotiksiz gələcək naminə!” mövzusunda tədbir keçirildi
7 may 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Polis İdarəsi və Binəqədi Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə R.Əliyev adına 3 №-li tam orta məktəbində "Narkotiksiz gələcək naminə!” mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və humanitar məsələlər şöbəsinin müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi, polis polkovnik - leytenantı Eyvaz Mürvələtov və əməkdaşlar, Binəqədi Rayon Prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas Səbinə Məmmədli, Binəqədi Rayon Prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas Əli İbrahimov, R.Əliyev adına 3№-li tam orta ümumtəhsil məktəbin direktoru Almaz Həsrət, müəllimlər və məktəbin X-XI sinif şagirdləri iştirak etdilər.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri giriş sözü ilə açan 3 №-li tam orta məktəbin direktoru Almaz Həsrət qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarından gələn qonaqlara təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi təşkilat və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova qeyd etdi ki, narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Yeniyetmə və gənclərin əsrimizin bəlasına çevrilən ağ ölüm adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir. Gənclərin iştirakı ilə keçrilən maarifləndirici görüşlərin başlıca məqsədi gəncləri bu bəlada uzaq tutmaqdır. Komissiyasının sədri Sevinc Süleymanova gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr verdi.
Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Mürvələtov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə diqqət çəkərək bildirdi ki, polis əməkdaşları narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində mütəmadi olaraq əməliyyat tədbiləri həyata keçirir. O, qeyd etdi ki, narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsi zəruridir.
Sonra çıxış edən Binəqədi Rayon Prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas Səbinə Məmmədli bu sahədə görülən işlərin mexanizmi barədə geniş məlumat verərək qeyd etdi ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.
5-ci Polis şöbəsinin sahə rəisi, polis mayoru Şahin Sadıqov məktəbliləri narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumatlandırdı.
Çıxışlardan sonra şagirdləri bu mövzuda maraqlandıran sualları təşkilatçılar tərəfindən ətraflı cavablandlrıldı. Tədbir müzakirə formatında davam etdi.
Sonda şagirdlər narkomaniya ilə mübarizəyə həsr olunmuş video çarxı izlədilər.









