Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər, Bayraq və Konstitusiya” adlı tədbir keçirildi

04 noyabr 2025 | 12:31

31 oktyabr 2025-ci il tarixində Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər, Bayraq və Konstitusiya” adlı tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə məktəblilərin rəsm işlərindən ibarət sərgi ilə tanış oldular.

Tədbir ümummilli lider Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.

Rüstəm Əliyev adına 3 № li tam orta məktəbin direktoru Almaz Həsrət böyük şanlı Zəfərimizin bizə yaşatdığı sevincdən, bu uğurun qazanılmasında ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun xalqımıza qazandırdığı qürurdan söhbət açdı.  

Millət vəkili Elçin Mirzəbəyli  çıxışında Zəfərin qazanılmasında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun  rəşadətindən, Dövlət-Xalq-Ordu birliyinin əhəmiyyətindən, “Azadlıq marşı”nın yazılma tarixçəsindən danışdı.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, şair, professor Mahirə Hüseynova çıxışında  8 Noyabr – “Zəfər Günü” münasibətilə hər bir kəsi təbrik edərək qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir.    

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Vətən müharibəsində möhtəşəm Qələbəmiz, şanlı Zəfərimiz, suverenliyimizin tam bərpası misilsiz tarixi hadisələrdir və bununla haqlı olaraq fəxr edir, qürur duyuruq.

Vətən müharibəsi şəhidi Soltan Məmmədovun xanımı Tünzalə Məmmədova çıxışında məktəblilərə müraciət edərək bildirdi ki, Vətəni sevmək ən gözəl duyğudur.  O, bir şəhid xanımı olmağın qürurunu yaşadığını, Vətən üçün candan keçməyin hər zaman şərəf olduğunu  vurğuladı.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin sədri Zahir Həsənov da çıxışında Zəfər, Bayraq və Konstitusiya ilə bağlı fikirlərini, dövlətin bu dəyərlərlə bağlı gördüyü işlər haqqında fikirlərini səsləndirdi.

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Azər Həsrət də çıxış edərək,  tariximizin ən qürurlu günləri-8 Noyabr-“Zəfər Günü”, 9 Noyabr- “Dövlət Bayrağı Günü”, 12 Noyabr-“Konstitusiya Günü”  münasibətilə hamını təbrik etdi.

20 Yanvar şəhidi Vəfadar Eminovun bacısı, məktəbin biologiya müəllimi Gülnarə Musayevanın çıxışı isə iştirakçılara duyğulu anlar yaşatdı. O, şanlı Zəfər tariximizdən sonra şəhid ailələrinin keçirdikləri böyük qürur hissindən söhbət açdı. 

Tədbirdə həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Könül Səmədova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı Leyla Quliyeva iştirak etdilər.

Tədbir şagirdlərin qiraət, mahnı, tamaşa və rəqs nömrələri  ilə davam etdi.

Keçidlər