Binəqədi rayonu 30 № li tam orta məktəbin şagirdlərinin ifasında Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş “O olmasın, bu olsun” operettası səhnələşdirildi
09 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 30 № li tam orta məktəbin şagirdlərinin ifasında Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş “O olmasın, bu olsun” operettası səhnələşdirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Leyla Quliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun baş məsləhətçisi Sevinc Əzimova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin, Qərbi Azərbaycan İcmasının üzvü Sevinc Həsənova, məktəbin direktoru Mehriban Poladova, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak etdilər.
Qonaqlar əvvəlcə əsərə çəkilmiş rəsm işlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.
30 № li tam orta məktəbin direktoru Mehriban Poladova, tədbirdə iştirak edən qonaqları salamlayaraq, dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqisindəki mənəvi irsinin əhəmiyyətinindən söhbət açdı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan milli Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən ölkəmizdə silsilə tədbirlərin keçirildiyini söyləyərək qeyd etdi ki, Üzeyir Hacıbəyli təkcə bəstəkar və musiqişünas kimi deyil, həm də pedaqoq olaraq Azərbaycan musiqi təhsilinin inkişafında mühüm rol oynamışdır. Müasir dövrdə Üzeyir Hacıbəylinin yaradıcılığı və irsi yalnız Azərbaycanda deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Onun əsərləri müxtəlif ölkələrin səhnələrində ifa olunur, elmi və yaradıcı irsi üzərində araşdırmalar aparılır. Ü.Hacıbəylinin adı musiqi və mədəniyyət tarixində əbədiyaşar simvola çevrilmişdir. Gənc nəsil bəstəkarlar və musiqiçilər onun irsindən ilhamlanaraq milli musiqinin inkişafına töhfələr verir, beləliklə də Ü.Hacıbəylinin xatirəsi daim yaşayır və yeni nəslin yaddaşında öz yerini qoruyur.
Respublikanın əməkdar artisti lİqar Cahangirin rejissorluğu ilə məktəbin istedadlı şagirdlərinin ifasında Şərqin ilk operetta yazarı, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası səhnələşdirildi. Tədbirə şagirdlərin təqdim etdiyi musiqi və ədəbi kompozisiyalar xüsusi rəng qatdı. Səhnədə çıxış edən şagirdlərin hər biri öz rollarını ürəkdən sevərək ifa etməsi Üzeyir Hacıbəyli yaradcılığına olan sevgisinin və hörmətinin göstərcisidir.
Sonda şagirdlər yaratdıqları obrazlara görə məktəbin rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə təltif olundular.









