Binəqədi rayonu 300 № li tam orta məktəbdə XXIX “Şahin” hərbi-idman oyunlarının respublika finalı üzrə qalibi olan Binəqədi rayon komandasına kubok, medal, diplom və hədiyyələrin təqdim olunma mərasimi keçirildi
19 iyun 2026 | 12:23
17 iyun 2026-cı il tarixində Binəqədi rayonu 300 № li tam orta məktəbdə XXIX “Şahin” hərbi-idman oyunlarının respublika finalı üzrə qalibi olan Binəqədi rayon komandasına kubok, medal, diplom və hədiyyələrin təqdim olunma mərasimi keçirildi.
Təqdim olunma mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətin ictimai-siyasi və humanitar məsələləri sektorunun müdiri Nicat Allahverdiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Kamran Quliyev və 300 № li tam orta məktəbin direktoru İradə Xəlilova iştirak etdilər və qalibləri yüksək nailiyyət münasibətilə təbrik etdilər.









