Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 301 saylı tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” və “Ailəm və məktəbim” layihəsi çərçivəsində sərgi keçirildi

31 may 2024 | 10:23

29 may 2024-cü il tarixində Binəqədi rayonu Seymur Məmmədov adına 301 saylı tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” və “Ailəm və məktəbim” layihəsi çərçivəsində açıq havada Azərbaycanın tarixi və qəhrəmanlığını əks etdirən rəsm əsərləri və əl işlərindən ibarət "Yaşıl dünya naminə həmrəy olaq!" adlı sərgi keçirildi.

Sərgidə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, şöbənin baş məsləhətçisi Leyla Quliyeva, məktəbin direktoru Sevda Sarıyeva, məktəbin müəllim, şagird kollektivi və valideynlər iştirak etdilər.

Məktəbin direktoru Sevda Sarıyeva qonaqları salamlayaraq sərgi haqqında ətraflı məlumat verdi.

Sərgiyə baxış keçirildikdən sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd etdi ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin bu istiqamətdə apardığı işlərə daha güclü təkan verəcəkdir. Bütün respublikamızın ərazisində olduğu kimi Binəqədi rayonunda da ətraf mühitin mühafizəsi, yaşıllıqların salınması prosesi davamlı şəkildə aparılır. Təhsil müəssisələrində də bu sahədə silsilə tədbirlər həyata keçirilir. Böyüməkdə olan gənc nəslin Vətən tarixinin qəhrəmanlıq səhifələrini, Zəfər dolu tariximizi yaddaşlara həkk etmək və ekoloji maariflənməsi məqsədilə təşkil olunan bu tədbir ekoloji mədəniyyət və ətraf mühitin qorunması üçün bir töhfədir.

Tədbirin sonunda məktəblilərlə xatirə fotosu çəkildi.

Keçidlər