Binəqədi rayonu 7-ci mikrorayonda A.Kunanbayev küçəsi 16, 16/a, 18 və 20 saylı binaların həyətlərində yerləşən abad məhəllədə cari təmir işləri aparılıb
Rayon ərazisində mərhələli qaydada həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 7-ci mikrorayonda A.Kunanbayev küçəsi 16, 16/a, 18 və 20 saylı binaların həyətlərində yerləşən sahəsi 1,0 ha olan abad məhəllədə cari təmir işləri aparılıb. Aparılan təmir işləri zamanı həyətdə mövcud olan stadionda 350 kv metr asfalt örtüyü rezin örtüklə əvəz edilib, qapıları yenilənib, dəmir torları rənglənib, həyətdə əlavə idman və əyləncə qurğuları quraşdırılıb, səki kənarlarında üzlük aqlay və tamet daşları yenilənib, söhbətgahlarda cari təmir işləri aparılıb, gecə işıqlandırılması sistemində mövcud olan nasazlıqlar aradan qaldırılıb və ümumi təmizlik işləri görülüb.
Həmçinin, “Azadlıq” metrostansiyasının üzərində yerləşən parkın 0,3 ha sahəsi olan aşağı hissəsində yenidənqurma və təmir-bərpa işləri aparılıb. Görülən işlər çərçivəsində parkın ərazisindəki pilləkənlərin üzlük aqlay daşları yenilənib, ərazidə 1990 kv metr tamet daşları döşənib, 450 metr səki daşları düzülüb, 8 ədəd oturacaq, 6 ədəd işıq dirəkləri quraşdırılıb, 400 kv metr sahədə yaşıllıq tədbirləri görülərək yaşıl çəmən otu salınıb və 15 ədəd ağac əkilib.