Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 83 № li məktəb-liseydə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ulu Öndərin izi ilə – nəsildən nəsilə” adlı tədbir keçirildi

11 dekabr 2025 | 12:15

11 dekabr 2025-ci il tarixində H.Hüseynov adına 83 № li məktəb-liseydə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ulu Öndərin izi ilə – nəsildən nəsilə” adlı tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşları-Elnur Məmmədov, Leyla Quliyeva, məktəbin direktoru Almaz Bayramova, müəllimlər və şagirdlər iştirak etdilər.

Tədbir Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.

Tədbiri giriş nitqi ilə açan məktəb-liseyin direktoru Almaz Bayramova tədbir iştirakçılarını salamlayaraq, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin bütün ömrünü doğma vətənimizin iqtisadi, sosial, mədəni və elmi tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyinə, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr etdiyini söylədi. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olduğunu, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməllər qoyduğunu qeyd edən natiq bildirdi ki, Azərbaycan xalqının qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə xalqımız  Ulu Öndərə daim minnətdardır.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd etdi ki, müasir müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyev  tarixin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən  artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi ulu öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyevin dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə ölkəmizin müstəqilliyi daha da möhkəmləndi. Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir. Tam müstəqil siyasət yürütməsi də respublikamızın beynəlxalq imicinə müsbət təsir edən əsas amillərdəndir. İndi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.   

Daha sonra çıxış edən  məktəbin tarix müəllimi Fatma Abbasəliyeva Ulu Öndərin siyasi hakimiyyətdə olduğu illərdə həyata keçirilən quruculuq, abadlıq işlərindən, müstəqil Azərbaycanın qurulması sahəsində göstərdiyi xidmətlərdən danışdı, ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs etdi.

Tədbirdə şagirdlərin ifasında Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri səsləndirildi, məktəbin şagirdinin Şuşa şəhərində çəkildiyi təqdimatı təqdim olundu. 

Keçidlər