Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 83 nömrəli məktəb-liseydə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Yaşıl Dünya Naminə Həmrəy olaq!" adlı tədbir keçirildi

15 may 2024 | 15:29

14 may 2024-cü il tarixində H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə “Yaşıl dünya naminə həmrəylik ili”  çərçivəsində "Yaşıl Dünya Naminə Həmrəy olaq!" adlı tədbir həyata keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova, məktəbin müəllim, şagird kollektivi və valideynlər iştirak etdilər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra məktəbin direktoru Almaz Bayramova qonaqları salamlayaraq tədbir haqqında ətraflı məlumat verdi.

Binəqədi Rayon İcra başçısının müavini Sevinc Süleymanova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin bu istiqamətdə apardığı işlərə daha güclü təkan verəcəkdir. Bütün respublikamızın ərazisində olduğu kimi Binəqədi rayonunda da ətraf mühitin mühafizəsi, yaşıllıqların salınması prosesi davamlı şəkildə aparılır. Təhsil müəssisələrində də bu sahədə silsilə tədbirlər həyata keçirilir. Böyüməkdə olan gənc nəslin maariflənməsi məqsədilə təşkil olunan bu tədbir ekoloji mədəniyyət və ətraf mühitin qorunması üçün bir töhvədir.

Tədbirdə şagirdlər “Yaşıl Dünya Naminə Həmrəy olaq!" adlı ədəbi-bədii kompozisiya təqdim etdi. Eyni zamanda şagirdlər doğma təbiətimizin flora, fauna örtüyünün əhəmiyyətini vurğulayan nağıl personajlarının obrazlarında “Sağlam gələcək üçün təbiəti qoruyaq ” şüarı altında maarifləndirici səhnəciklərlə çıxış etdilər.

Tədbirdə məktəblilərin ekoloji mövzuda tullantılardan hazırladıqları əl işlərindən ibarət sərgi nümayiş olundu və sonda məktəblilərlə xatirə fotosu çəkildi.

Keçidlər