Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Azər Məmmədov adına 115 № li tam orta məktəbdə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirildi

25 sentyabr 2026 | 19:32

25 sentyabr 2026-cı il tarixində Azər Məmmədov adına 115 № li tam orta məktəbdə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Elnur Məmmədov, məktəbin direktoru Natəvan Əsədova, müəllim və şagird heyəti iştirak etdilər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə - şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Məktəbin direktoru Natəvan Əsədova tədbir iştirakçılarını salamlayaraq xalqımızın yaddaşında əbədi həkk olunan tarixi gün - 27 Sentyabr - Anım Günü və xalqımızın, ordumuzun qəhrəmanlığından söhbət açdı.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova torpaqlarımız uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağndan, şəhid ailələrinə, qazilərimizə böyük ehtiramımızdan söhbət açaraq qeyd etdi ki, Vətən müharibəsində qazanılan qələbəmiz bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, şanlı qəhrəmanlıq salnaməsi olaraq əbədiən yaddaşlara həkk olunacaqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. 27 Sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir.

Tədbirdə şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olundu. Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər söylədilər, Vətən sevgisini, qəhrəmanlıq ruhunu əks etdirən səhnəciklər nümayiş etdirdilər, şəhidlərin qəhrəmanlıq dolu həyat yolundan nümunələr səsləndirdilər.

Keçidlər