Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Cəfər Xəndan küçəsi-18 ünvanında “Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin keçirdiyi "Sosial Bazar" istiqamətində başlanan "Qutabdan-Kitaba" adlı sosial layihə çərçivəsində xeyriyyə tədbiri keçirildi

13 may 2023 | 19:02

13 may 2023-cü il tarixində Binəqədi rayonu Cəfər Xəndan küçəsi 18 ünvanında Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində qalib gəlmiş "Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər" layihəsinin davamlılığını təmin etmək məqsədi ilə “Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin keçirdiyi "Sosial Bazar" istiqamətində başlanan "Qutabdan-Kitaba" adlı sosial layihə çərçivəsində xeyriyyə tədbiri keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, “Cığır" mənəvi dəyərlərin inkişafına dəstək İctimai Birliyinin sədri Yeganə Mirzəyeva, KOBİA İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov, AMEA-nın dosenti İradə Zarqanayeva, “Cığır” MDİD İB-nin həmtəsisçisi, BDU-nun Psixologiya müəllimi Gülnar Rüstəmova, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, RİH başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov,  ictimai birliyin üzvləri  iştirak etdilər.

Ata himayəsindən məhrum olmuş uşaqların analarına himayələrində olan uşaqların sosial təminatının təmin edilməsi-anaların qutab bişirərək, satışından əldə edilmiş vəsaiti övladlarının təhsilinin inkişafına yönəldilməsi məqsədilə təşkil olunmuş layihədə ictimai birliyin 30 nəfər üzvü iştirak edirdilər.

Keçidlər