Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Dərnəgül yaşayış massivində şəhidlərin xatirə parkı böyük yaşıllıq ərazisinə çevrilmişdir

08 oktyabr 2025 | 13:00

Azərbaycanın yeni tarixində və milli təqvimimizdə əbədi anlam qazanan möhtəşəm tarixi gündən - 27 sentyabr 2020-ci ildən 5 il ötür. Vətən müharibəsindəki qələbəmiz Dövlət-Xalq-Ordu birliyinin, vəhdətinin təntənəsi və nəticəsi idi. Ordu ilə bir olan xalq iradə, əzmkarlıq, milli ruh nümayiş etdirərək tarixi ədaləti bərpa etdi. Bu beş il ərzində xalqımız tarixi qələbənin böyük təntənəsini yaşayır. Şanlı Qələbəmizin sevincini bizə yaşadan Zəfər yürüşünün memarı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun hər bir əsgər və zabitinə minnətdarıq. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla anırıq. 

Bu gün Binəqədi rayonunda Dərnəgül yaşayış massivi ərazisində şəhidlərin xatirəsini yaşadan, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canını fəda edən oğullarımızın adına salınan park mövcuddur. 26 dekabr 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə şəhid ailələrinin və rayon ictimaiyyətinin iştirakı ilə şəhidlərin əziz xatirəsinə salınan 3000-dən çox müxtəlif növlü ağacın əkildiyi bu park indi böyük bir yaşıllıq əraziyə çevrilib. Parkın yaxınlığında şəhidlərimizin xatirəsinə Memorial Kompleks ucaldılıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canını fəda edən Şəhidlərimizi hər zaman minnətdarlıq hissi ilə yad edir və onların  müqəddəs ruhları qarşısında baş əyirik.

Keçidlər