Binəqədi rayonu “Dini radikalizm və ekstremizmlə mübarizə” mövzusunda tədbir keçirildi
06 mart 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə “Dini radikalizm və ekstremizmlə mübarizə” mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Amal Məlikov, 179 nömrəli tam orta məktəbin direktoru Həqiqət Bayramova və məktəbin müəllim və şagird heyəti iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Həqiqət Bayramova qonaqları salamlayaraq yeniyetmə-gəncləri milli-mənəvi dəyərlərimizə yad olan dini cərəyanlara qoşulmamağa çağırdı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov rayon ərazisində dini radikalizmə və ekstremizmə qarşı mübarizənin vacibliyindən söhbət açdı və görülən maarifləndirici tədbirlərlə bağlı ümumi məlumat verdi.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Amal Məlikov dini radikalizm və ekstremizmin törətdiyi fəsadlar barədə məruzə ilə çıxış edərək, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında dövlət-din münasibətlərinin tənzimlənməsinin əhəmiyyətindən söhbət açdı, gənclərimizi radikal təsirlərə və milli-mənəvi dəyərlərimizə yad olan dini ünsürlərə qoşulmamağa çağırdı.
Diskussiya şəklində davam edən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırıldı.