Binəqədi rayonu ərazisində əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili məqsədilə monitorinqlər davam edir.
Binəqədi rayonu ərazisində əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili məqsədilə yaradılan Komissiya tərəfindən yoxlamalar davam edir.
Binəqədi Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti, Binəqədi Rayon Polis İdarəsi və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət yeni yaradılmış xüsusi monitorinq qrupları tərəfindən Binəqədi rayonu ərazisində yerləşən bütün növ xidmət və ticarət obyektlərində gücləndirilmiş nəzarət tədbirləri həyata keçirilir. Aparılan monitorinqlər zamanı bütün növ xidmət və ticarət obyektlərinin mətbəx və digər sahələrində qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərinin vəziyyətinə ciddi baxış keçirilir. Obyektlərdə qaz balonlarından istifadə edilməsi, həmçinin burada rezin və digər materiallardan hazırlanan şlanqlar vasitəsi ilə çəkilən qaz xətlərinin olması müəyyən olunduqda, həmin nöqsanlar demontaj edilərək qeyri-yaşayış sahəsindən çıxarılmış və aşkar edilmiş pozuntularla bağlı dərhal qanunamüvafiq tədbirlər görülür. Eyni zamanda, təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və bir sıra digər məsələlərlə bağlı sahibkarlar və işçi heyəti ilə davamlı olaraq maarifləndirici söhbətlər aparılır.
Monitorinq qrupunun rayon ərazisində gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir.