Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi məqsədilə növbəti iməcilik işləri keçirildi

29 aprel 2024 | 12:14

Binəqədi rayonu ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi məqsədilə növbəti iməcilik işləri keçirildi.

İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən təmizlik işləri aparılmış, prospekt və küçələrdə yollar, bina fasadları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyuldu. Rayon ərazisində yaşıllıq zolaqlarında və hasarlanmış ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlər keçirildi. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarılmış, səliqə-səhman işləri aparıldı.

Keçidlər