Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 5 şagirdi “Sabahın alimləri” XII respublika müsabiqəsinin qalibi oldu

17 fevral 2023 | 15:27

Binəqədi rayonu ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 5 şagirdi “Sabahın alimləri” XII respublika müsabiqəsinin qalibi oldu.

Belə ki, Binəqədi rayonu 100 nömrəli tam orta məktəbin şagirdi Əli Məmmədov II yeri tutaraq gümüş, Binəqədi rayonu 299 nömrəli məktəb-liseyin şagirdləri Çingiz Abdullazadə və Ağasəlim Mustafazadə, Binəqədi rayonu 283 nömrəli tam orta məktəbin şagirdləri Ayla Qasımova və Duyğu Xudadatova III yeri tutaraq bürünc medal qazandılar.

Qeyd edək ki, “Sabahın alimləri” XII Respublika müsabiqəsində ölkə üzrə 486 layihə qeydiyyatdan keçib. Ümumilikdə ölkə üzrə qalib olan 48 layihədən 3-ü Binəqədi rayonu ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələri tərıfindən təqdim olunan layihələrdir.

Müsabiqə Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, həmçinin “BP Azərbaycan” şirkətinin təşkilatçılığı ilə keçirilib.

Keçidlər