Binəqədi rayonu ərazisində yerləşən uşaq bağçalarında 8 Noyabr - "Zəfər Günü" və 9 Noyabr - "Dövlət Bayrağı Günü" münasibətilə bayram tədbirləri keçirildi
Binəqədi rayonu ərazisində yerləşən 219, 266, 272, 274 və 328 nömrəli körpələr evi-uşaq bağçalarında 8 Noyabr - "Zəfər Günü" və 9 Noyabr- "Dövlət Bayrağı Günü" münasibətilə bayram tədbirləri keçirildi.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsində şəhid olanların ailə üzvlərinə, Şanlı Zəfər Gününü bizə yaşadan Müzəffər Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərdiyi və respublikamızda uşaqların rahat və firavan ölkənin vətəndaşları kimi böyüdüyünü, müstəqil ölkəmizin gələcəyinin məhz körpələr olacağı vurğuldı.
Həmçinin, fidanlarının ifasında müxtəlif səhnəcik, rəqs, mahnı və şeir kompozisiyaları səsləndirildi.
Tədbirlərin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəsildə Vətənə, torpağa məhəbbət hissini artırmaq, vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaqdan ibarətdir.