Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Ə.Şixlinski adına 135 nömrəli tam orta məktəbdə “ Şəhərsalma və Memarlıq” ili çərçivəsinda “Müasir şəhərsalma və memarlıq” mövzusuna həsr olunmuş tədbir keçirildi

25 may 2026 | 14:15

25 may 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “ Şəhərsalma və Memarlıq” ili çərçivəsinda “Müasir şəhərsalma və memarlıq” mövzusuna həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova, məktəbin pedaqoji kollektivi, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz, uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. 

Tədbir Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanovanın giriş nitqi ilə açıq elan edildi. Məktəbin direktoru çıxışında şəhərsalma və memarlığın cəmiyyətin inkişafında mühüm rol oynadığını, bu sahənin gənc nəslə tanıdılmasının və onlarda memarlıq irsinə, şəhər mühitinə məsuliyyətli münasibətin formalaşdırılmasının əhəmiyyətini vurğuladı. O, belə maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün genişlənməsinə, yaradıcılıq qabiliyyətlərinin inkişafına və gələcək peşə seçimlərinə müsbət təsir göstərdiyini bildirdi.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova şəhərsalma və memarlığın cəmiyyətin inkişafında oynadığı mühüm roldan, şəhərlərin müasir tələblərə uyğun planlaşdırılmasının, memarlıq irsinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, bu cür maarifləndirici tədbirlər gənclərdə şəhərsalma və memarlıq sahəsinə marağın artırılmasına, onların estetik zövqünün formalaşdırılmasına və milli-mədəni irsə bağlılıq hissinin gücləndirilməsinə xidmət edir.

Daha sonra şagirdlər tərəfindən şəhərsalma və memarlıq mövzusunda hazırlanmış təqdimatlar nümayiş etdirildi, bədii kompozisiyalar təqdim olundu, şeirlər səsləndirildi və mövzuya həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi.

Sonda tədbirin təşkilində əməyi olan şəxslərə təşəkkür bildirildi, belə maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulandı.

Keçidlər