Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu F.Əmirov adına 6 nömrəli Onbirllik İncəsənət məktəbində 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə konsert proqramı təşkil olundu

30 dekabr 2022 | 10:03

29 dekabr 2022-ci il tarixində Binəqədi rayonu F.Əmirov adına 6 nömrəli Onbirllik İncəsənət məktəbində 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə konsert proqramı təşkil olundu.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, F.Əmirov adına 6 nömrəli Onbirllik İncəsənət məktəbinin direktoru Adilə Yusifova, məktəbin pedoqoji heyəti, şagirdlər və valideynləri iştirak etdilər.

Tədbirdə musiqi məktəbinin konsertdə məktəbin xoreoqrafiya şöbəsi, nağaraçalanlar ansamblları, məktəbin böyük və kiçik xoru çıxış etdi, həmçinin müxtəlif ixtisaslar üzrə şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndirdilər. Konsert proqramında maraqlı kiçik səhnəciklər, sürpriz dolu məqamlar yer aldı.

Tədbirin sonunda məktəbin direktoru Adilə Yusifova tədbir iştirakçılarını salamlayaraq bayram münasibətilə tədbir iştirakçıları təbrik etdi.

Daha sonra RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva məktəbin bütün pedaqoji kollektivini, şagirdləri və onların valideynlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik etdi və onlara can sağlığı, uzun ömür və nailiyyətlər arzulayaraq qeyd etdi ki, dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən biridir. Bu birlik və həmrəyliyimiz nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımız erməni işğalından azad edildiyini vurğulayaraq, şəhidlərə Allahdan rəhmət və ailələrinə səbr, qazilərə isə can sağlığı arzu etdi.

 

Keçidlər