Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Novxanı və Görədil qəsəbələri istiqamətində təmizlik aksiyası keçirildi

10 iyun 2024 | 10:21
Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamına uyğun olaraq,  Binəqədi rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.
08 iyun 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Hava Yollarının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələrin birgə təşkilatçılığı və Nazirliyin eko könüllülərinin iştirakı ilə Xəzər dənizi sahil zolağının Bakı şəhəri, Binəqədi rayonu, Novxanı və Görədil qəsəbələri istiqamətində təmizlik aksiyası keçirildi. Aksiya çərçivəsində iməclik işləri görüldü. Təmizlik aksiyasında 170 nəfərin iştirakı ilə ümumilikdə 5,0 ha sahil zolağı 1500 kq bərk məişət tullantılarından təmizlənmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hacıbaba Babayev və müvafiq qurumların məsul əməkdaşları iştirak etdilər.
Keçidlər