Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirildi

04 dekabr 2023 | 11:06

29 noyabr 2023-cü il tarixində Binəqədi rayonu Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Binəqədi RİH başçısının müavini Hacıbaba Babayev, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini polkovnik Səyavuş Qasımov, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci Ərazi Nəzarəti İdarəsinin rəisi kapitan Mehdi Mehdizadə, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin məsul əməkdaşları və rayon fəallarının iştirak etdilər.                    

M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında 70 nəfərin iştirakı ilə 100 ədəd eldar şamı ağacı əkildi.

Keçidlər