Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 205 nömrəli tam orta məktəbdə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirildi

28 dekabr 2022 | 15:02

26 dekabr 2022-ci il tarixində Binəqədi rayonu Rövşən İmanov adına 205 nömrəli tam orta məktəbdə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şübəsinin müdiri Nicat Allahverdiyev, Rövşən İmanov adına 205 nömrəli tam orta məktəbin direktoru Xoşqədəm Bağırova, məktəbin pedaqoji heyəti və şagirdləri iştirak etdilər.

Tədbir dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.

Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Xoşqədəm Bağırova çıxışında qeyd etdi ki, Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Xoşqədəm Bağırova çıxışında şəhid və qazilərimizin şagirdlər, gənclər arasında tanıdılması, onların qəhrəmanlıqlarının təbliğ edilməsi istiqamətində təşkil edilən tədbirlərin əhəmiyyətindən söhbət açdı.

Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. Bu dünya mədəniyyətinə səslənən növbəti sülh çağırışıdır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. Məhz Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi həkk olunub.

Keçidlər