Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Tərlan Heybətov adına “Vətən” İdman Liseyin direktoru Tərminə Ağaəli qızı Əsədova rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibətilə Binəqədi RİH başçısının Fəxri Fərmanı ilə təltif edildi

09 aprel 2026 | 10:27

Binəqədi Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən Tərlan Heybətov adına “Vətən” İdman Liseyin direktoru Tərminə Ağaəli qızı Əsədova rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri  Sevinc Süleymanova Tərminə xanımı kollektiv adından təbrik edərək ona məsuliyyətli işində uğurlar arzu etdi.

Tərminə Əsədova “Təhsil millətin gələcəyidir!” deyən ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirərək elm və təhsilin inkişafına, respublikamızda təhsil sahəsində həyata keçirilən genişmiqyaslı işlərə, gələcəyimiz olan gənclərin sağlam, vətənpərvər ruhlu böyümələri üçün göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.

Keçidlər