Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 30 nömrəli tam orta məktəbdə “Yel Çərşənbəsi”nə həsr edilmiş bayram tədbiri keçirildi

13 mart 2024 | 19:14

12 mart 2024-cü ildə Binəqədi rayonu Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbdə şagirdlərin iştirakı ilə Novruz bayramının üçüncü çərşənbəsi olan “Yel Çərşənbəsi”nə həsr edilmiş bayram tədbiri həyata keçirildi.

Tədbirdə BRİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbin direktoru Aynurə Nəzərli, məktəbin pedoqoji kollektivi, şagirdlər və valideynlər iştirak etdilər.

Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canına fəda edərək şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aynurə Nəzərli qonaqları salamlayaraq, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və tədbirin mahiyyəti və hazırlıq prossesi haqqında məlumat verdi.

Sonra çıxış edən Leyla Quliyeva kollektivi bayram münasibətilə təbrik etdikdən sonra qeyd etdi ki, böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanmasının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir. Novruz bizim ümummilli bayramımızdır.

Tədbirdə şagirdlərin iştirakı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, səhnəciklər nümayiş etdirildi.

Sonda xatirə fotosu çəkildi.

Keçidlər