Binəqədi rayonunda 01 Oktyabr - “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirildi
01 oktyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 01 Oktyabr - “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Hüquq şöbəsinin müdiri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Vüsalə Eyvazova, Binəqədi Rayon Prokuroru Fuad Məmmədov və digərləri iştirak etdilər.
Tədbiri Binəqədi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hacıbaba Babayev açıq elan edərək, prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi və qeyd etdi ki, “Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq öz bəhrəsini verib. Azərbaycan Respublikası digər sahələrlə yanaşı, cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində öz təcrübəsini bölüşən bir ölkəyə çevrilib”.
Tədbirdə çıxış edən Binəqədi rayon Prokuroru Fuad Məmmədov göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkür etdi.
Sonda Rayon Prokurorluğunun bir qrup əməkdaşına Binəqədi rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edildi.