Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 05 aprel 2025-ci il tarixində növbəti ümumrayon iməciliyi keçirildi

05 aprel 2025 | 15:58

Paytaxtda keçirilən ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi məqsədilə 05 aprel 2025-ci il tarixində növbəti ümumrayon iməciliyi keçirildi.

İməcilikdə rayonun kommunal təsərrüfat bilikləri tərəfindən ərazidə təmizlik işləri aparılmış, prospekt və küçələrdə yollar, səki kənarları, bina fasadları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulmuş, yaşıllıq zolaqlarında və hasarlanmış ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülmüşdür. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarılmış, səliqə-səhman işləri aparıldı.

Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam edir.

 

Keçidlər