Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 05 sentyabr 2026-cı il tarixində növbəti ümumrayon iməciliyi keçirildi

05 sentyabr 2026 | 19:32

Binəqədi rayonunda ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi məqsədilə 05 sentyabr 2026-cı il tarixində növbəti ümumrayon iməciliyi keçirildi.
Rayonun kommunal təsərrüfat birlikləri, idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının iştirakı ilə keçirilən növbəti iməclikdə ərazidə təmizlik işləri aparıldı, prospekt və küçələrdə yollar, səki kənarları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyuldu, park və yaşıllıq ərazilərində qurumuş ot kolları biçildi, yaşıllıq zolaqlarında və hasarlanmış ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görüldü. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarıldı, səliqə-səhman işləri aparıldı.
Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam edir.

Keçidlər