Binəqədi rayonunda 1 İyun - "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş bayram tədbiri keçirildi
01 iyun 2023 | 11:31
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və "CAMAL" LTD şirkətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində 1 İyun - "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş bayram tədbiri keçirildi.
Tədbirdə balacalara bir-birindən maraqlı, əyləncəli və fərqli konsert proqramı təqdim edildi. Balaca qonaqlara “İCELAND” dondurmaları hədiyyə edildi.
İştirak edən hər kəsə təşəkkür edirik!