Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda "1 oktyabr - Prokurorluq işçilərinin Peşə Bayramı Günü" münasibəti ilə tədbir keçirildi

01 oktyabr 2022 | 18:45

"1 oktyabr - Prokurorluq işçilərinin Peşə Bayramı Günü" münasibəti ilə Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən bir qrup prokurorluq orqanının əməkdaşına Fəxri Fərman təqdim olundu.

Təqdimatda çıxış edən RİH başçısı Aparatının hüquq şöbəsinin müdiri Yunis Hüseynov prokurorluq işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, işlərində uğurlar arzuladı. Həmçinin Y.Hüseynov 12-13 sentyabr tarixindən başlayaraq dövlət sərhədində ermənilərin törətdiyi təxribatlardan, erməni vandalizminə beynəlxalq müstəvidə hüquqi qiymət verilməsindən də danışdı.

Qeyd etdi ki, Uu öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa etmiş və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirdir Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olmuşdur.

Keçidlər