Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 12 noyabr 2026-cı il tarixindən etibarən Səyyar ASAN xidmət avtobusu Biləcəri Bələdiyyəsinin qarşısında vətəndaşlara xidmət göstərir

18 noyabr 2026 | 11:23

Binəqədi rayonunda 12 noyabr 2026-cı il tarixindən etibarən Səyyar ASAN xidmət avtobusu Biləcəri Bələdiyyəsinin qarşısında  vətəndaşlara xidmət göstərir.  

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

Xidmətin göstərilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Binəqədi Rayon İcra Hakimiyyəti rayon sakinlərini yaradılmış bu imkandan yararlanmağa və Səyyar ASAN  xidmət avtobusunun təqdim etdiyi xidmətlərdən istifadə etməyə dəvət edir.

Keçidlər